IQNA

Malaziyanın baş naziri internet səhifələrində İslama hörmətsizlik edənlərə qarşı ciddi ölçü götürülməsini istəyib

14:31 - September 06, 2010
Xəbər sayı: 1988766
Beynəlxalq şöbə: Malaziyanın baş naziri Nəcib Tun Rəzzaq ötən gün Maleziya Mətbuat və Rabitə Komissiyasından (MCMC) internet səhifələrində İslama hörmətsizlik edənlərə qarşı ciddi ölçü götürülməsini istəyib.
İQNA Quran Xəbər Agentliyinin Malaziyanın “Bernama” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rəzzaq deyib ki, Mətbuat və rabitə komissiyası bu məsələ ilə ciddi məşğul olmalıdır və belə halların geniş yayılmasının qarşısını almalıdır.
Onun sözlərinə, ictimaiyyətdə hamı bilməlidir ki, İslam dini ilə bağlı ədəbsiz materialların internet səhifələrində yayımlanması müsəlmanların hisslərinə toxunur və qanunda göstərilib ki, virtual fəzalarda fiziki, həqiqi və dinlərə təhqir edilməməlidir.
"İnsanlar mediyadan məsuliyyətli istifadə etməlidir və hamı ölkənin qanuna hörmətlə yanaşmalıdır, başqalarının məzhəbini hörmətsizlik etməməlidir", -deyə Rəzzaq deyib
O əlavə edib ki, Maleziyada bütün dini və milli azlıqlar bilməlidir ki, İslam dininin müqəddəsliyini qorumaq üçün ölkədə tutarlı qanunlar mövcuddur.
648598
captcha