IQNA

İtalyada ilk islami televiziya kanalı istifadəyə veriləcək

14:45 - October 08, 2010
Xəbər sayı: 2008530
Beynəlxalq şöbə: İtalya müsəlman azlıqları birliyi yaxın gələcəkdə İtalya dilində yayımlanan ilk islami televiziya kanalını istifadə verməyi planlaşdırır.
İQNA Quran agentliyinin "Əl-Cəzirə.net" xəbər saytına istinadən məlumat verir ki, bu televiziya kanalı İtalya müsəlmanları ilə bağlı bütün xəbərlər və hadisələri həçinin bu ölkənin müxtəlif regionlarındakı islami mərkəzlərin fəaliyyətini işıqlandıracaq.
İtalya müsəlman azlıqları birliyinin mətbuat xidmətinin rəhbəri Həmzə Rikardo bu haqda bildirib ki, birlik kanalın mərkəzi ofisini İtalyanın paytaxtı Romada təsis edib və hazırda bu televiziya kanalının yayım xərclərinin və işçilərin maaşları təmini sahəsində araşdırmalar aparılır.
Rikardo əlavə edib ki, ölkənin islami mərkəzlərin rəhbərlərinə məktub ünvanlanıb və televiziyanın təsisi ilə bağlı onların təkliflərini gözləyir.
Onun sözlərinə görə, televizya kanalının İtalyanın bütün regionlarda müxbirləri olacaq. 670528
captcha