IQNA

Burkina Fasoda Qurani- Kərimin əzbər oxuma yarışması keçirilib

22:52 - October 09, 2010
Xəbər sayı: 2009474
Beynəlxalq şöbə: Beynəlxalq Quran əzbərləmə birliyi və Burkina Faso Quran əzbərlərmə birliyinin dəstəyi ilə bu ölkədə beynəlxalq Quran əzbər oxuma yarışması keçirilib.
İQNA Quran agentliyi “Beynəlxalq Quran əzbərlərmə birliyi”nə istinadən məlumat verir ki, bu yarışmada 71 nəfər iştirak edib. Yarış kişilər və qadınlar üçün Quranı Kərimin əzbər oxuması, Quranın 15 cüzünün əzbər oxuması, 10 cüzün əzbər oxuması və 5 cüzün əzbər oxuması bölmələrdə təşkil olunub.
Beynəlxalq Quran əzbərləmə birliyinin nümayəndəsi yarışmanın sonuncu günü çıxışında Quran dərliklərinin öyrədilməsi və yayımını dünyanın hər bir yerində təşkil etməyi birliyin əhəmiyyətli işlərindən biri olduğunu bəyan edib. O Burkina Faso rəhbərlərindən yarışmanın təşkil olunmasında göstərdikləri köməyə görə təşəkkür edib. Yarışmanın sonunda birinci, ikinci və üçüncü yerin sahəbiləri dəyərli hədiyyələrlə təltif olundu. 671216
captcha