IQNA

Türkiyədə "İslam dünyası qeyri-hökumət təşkilatlar birliyinin" fövqəladə iclası keçirilir

23:16 - October 09, 2010
Xəbər sayı: 2009486
Beynəlxalq şöbə: Bu gün İstanbulda "İslam dünyası qeyri-hökumət təşkilatlar birliyinin" fövqəladə iclası öz işinə başlayıb.
İQNA Quran agentliyinin "Dunyabulteni" saytına istinadən məlumatına əsasən, İslam dünyası qeyri-hökumət təşkilatlar birliyininə (İDSB) üzv 20 ölkədən nümayəndələr Pakistanda təbii fəlakətdən əziyyət çəkən əhalinin vəziyyətini və onlara yardım çatdırma yollarını araşdırmaq məqsədi ilə İstanbulda toplaşıb.
Məlumata əsəsən, Pakistan xalqına yardım etmiş xeyriyyə cəmiyyətləri bu günkü iclasda İDSB-yə Pakistanda göstərdikləri fəaliyyətləri ilə bağlı məruzə edəcəklər.
İDSB-nin Paksitandakı nümayəndəsi Nədim Xan İstanbuldakı iclasda Pakistanda təbii fəlakətdən əziyyət çəkən əhalinin son vəziyyəti ilə bağlı çıxış edəcək.
670910

captcha