İQNA Quran agentliyinin em-strasbourg saytına isitnadən məlumatına əsasən, bu gün dünyəviləşmə müxtəlif ictimaiyyətləri öz təsiri altına alıb. Dünyəviləşmə ilk öncə ölkələrin bank sistemlərini və iqtisadiyyatına təsir göstərib.
Bu gün iqtisadi böhran səbəb olub ki, digər müxtəlif maliyyə sistemlərini də araşdırmaq üçün şərait yaransın. İslami iqtisad münasib həll yolları və geniş əhatə dairəsinə görə dünya ölkələrinin rəhbərlərinin və ekspertlərin diqqətini özünə cəlb edə bilib.
“Avropada islami iqtisad” konfransı İslami təhqiqat və təhsil müəssisəsinin dəstəyi ilə təşkil olunub. Bu konfransda islami iqtisad iqtisad və hüquq baxımından müzakirəyə çıxarılıb. Bu iki əsası müzakirə etməklə islami iqtisadı daha yaxşı tanıtmaq olar. 672770