IQNA

Hollandiyada “Qurani – Kərimin möcüzələri” sənədli film yayımlanacaq

10:49 - October 14, 2010
Xəbər sayı: 2012586
Beynəlxalq şöbə: Hollandiyanın “Əl-Kövsər” mədəniyyət müəssisəsinin təbliğat komitəsi, “Qurani-Kərimin möcüzələri” adlı sənədli filmi bu ölkənin Lahe şəhərində yayımlayacaq.
İQNA Quran agentliyinin “Sotul-İraq” xəbər saytına istinadən məlumatına əsasən, bu sənədli film cümə günü Hollandiyanın “ƏL-Kövsər” mədəniyyət müəssisəinin konfrans salonunda böyük ekranda yayımlanacaq. Filmə baxmaq hamı üçün azaddır.
“ƏL-Kövsər” mədəniyyət müəssisənin təbliğat komitəsi elan edib ki, bu filmdə 14 əsr bundan öncə Qurani Kərimdə bəyan olmuş həqiqi elmi möcüzələr yer alıb. Hazırkı dövrdə alimlərin bəziləri yeni texnologiyalardan istifadə edərək bu həqiqətlərin bəzisini kəşf edə biliblər. Bu filim Türkiyəli yazıçı Harun Yəhya tərəfindən hazırlanıb. Filimdə bəyan olunur ki, Quran elmi kitab deyil lakin çox fəsahətlə müxtəlif qaydalarda elmi həqiqətləri bəyan edib. 674229
captcha