IQNA

Fransada “Müsəlman alimlər, səkkizinci əsrdən onyeddinci əsrə kimi və onların modern elmlərdə rolu” adlı konfrans keçiriləcək

10:55 - October 14, 2010
Xəbər sayı: 2012591
Beynəlxalq şöbə: Fransanın Nanter şəhərində oktyabrın 24-də “müsəlman alimlər, səkkizinci əsrdən onyeddinci əsrə kimi və onların modern elmlərdə rolu” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyinin “salamchatou” saytına istinadən məlumatına əsasən, bu konfrans 2010-cu ilin “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq il” münasibəti ilə YUNESKO tərəfindən təşkil olunub. Konfransın təşkilinə “Salam Şato” islami birlik və Ərəb dünyası müəssisəsi və Nanter şəhərinin Şərq birliyinin dəstək verib.
Konfransda Fransa Universetetlərinin müsəlman professorları modern elmlərin inkişafında müsəlman alimlərinin rolu haqqında çıxışlar edəcək.
Konfrans çərçivəsində Parisin Ərəb dünyası müəssisəsi tərəfindən “Ərəb elmləri” adlı sərgi də təşkil olunacaq.
674401
captcha