IQNA

“Əl-Vəhdət” aylıq jurnalı yeni sayında QUrani Kərimə hörmətsizlik məsələsini araşdırıb

11:20 - October 20, 2010
Xəbər sayı: 2016469
Beynəlxalq şöbə: “Əl-Vəhdət” ictimai, siyasi, mədəni və dini aylıq jurnalı “Qurani Kərimə” hörmətsizlik məsələsini araşdırıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, bu aylıq jurnal İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatına aid İslami təfəkkür təşkilatı tərəfindən dünyanın 120 ölkəsində yayımlanır.
“Əl-Vəhdət” aylıq jurnalının baş redaktoru Mehdi Gülcan və Redaktor Muniruddin Behbahanidir. Jurnalın birinci bölməsində Qüds və İran İslam Respublikasında beynəlxalq Qüds günün təşkili məsələsi araşdırılıb. Aylıq jurnalın ikini bölməsi Amerikada Qurani Kərimə hörmətsizlik və İranın Ali Rəhbərinin bu haqda mesajına aiddir. Ayətullah Xamenei Qurani Kərimə hörmətsizliyi müslmanlardan Qərb ictimaiyyətində vəhşət və qorxu yaratmaq üçün səylər kimi dəyərləndirib. Bu bölmədə həmçinin Amerikalı məsihi keşiş Teri Jonzun Qurani Kərimi yandırması qərarına dünya ictimaiyyətinin etirazları göstərilib.
Əl-Cəzirə kanalının İran prezidenti Mahmud Əhmədinejadla müsahibəsi, Hizbullahın regionda baş verə biləcək müharibənin qarşısını alan ifşa edici sübutları, Əfqanıstanın daxili vəziyyətinin araşdırılması, Fələstin və İsrail arasına sülh sazeşi və bu sahədə narahatçılıq, Həmas siyasi hərəkatı ofisinin rəhbəri Xalid Məşəlin Həmasın bu müzakirələrin nəticələrini tanımayacağını deməsi, Əllamə Fəzlullahın Mərcəiətə münasibəti və bu kimi məsələlər aylıq jurnalının araşdırdığı digər mövzulardır.
Əl-Vəhdət aylıq jurnalı ərəb dilində və 52 səhifədə çap olunur.
678275
captcha