IQNA

Səudiyyə Ərəbistanında qadınlar üçün Quran müəllimliyi kursları təşkil olunub

23:48 - November 03, 2010
Xəbər sayı: 2025291
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın paytaxtı Əl-Riadda Qurani Kərimin əzbər oxuma xeyriyyə cəmiyyəti ilk dəfə olara qadınlar üçün Quranı əzbər oxuma öyrətmək məqsədi ilə müəllimlik təhsil müəssisəsi istifadəyə veriləcək.
İQNA Quran agentliyi “Səbəq” internet qazetinə istinadən məlumat verir ki, bu kurslar “Nureyn təhsil mərkəzi” adı ilə fəaliyyət göstərəcək və Səudiyyə Ərəbistanında qadınlar üçün ilk müəllimlik kurslarıdır.
Əl-Riad məscidlərindən birinin imamı Yusif Əl-Məhus bu kurslara nəzarətçi təyin olunub. “Bu müəssisədə Quranı tədris edəcək qadın müəllimələrin tələbələrlə necə davranışı, Qurani Kərim haqqında düşünmək və Quran ayələrinin məfhum və dəyərlərini şagirdlərə çatdırmaq öyrədilir”, -deyə Əl-Məhus deyib.
Onun sözlərinə görə, təhsil müəssisəsində Quran elmləri üzrə nəzər sahibləri və şəxsiyyətlər qonaq çağrılacaq. “Təhsil müəssisəsində gənclər arasında Quranın əzbər oxuma və məsələləri dərk etməyə marağı oyatmaq, şagirdlərin pisxoloji problemlərini həll etmək və şagir və müəllim arasında təhsil sahəsində ünsiyyət yaratmaq kimi məsələlər də öyrədiləcək”, -deyə Əl-Məhus deyib.
Onun sözlərinə görə, müəssisədə “Quranda təfəkkür qaydaları”, “Qadınlarla bağlı Quran ayələrinin təfsiri” və “Quran ayələrinin necə təfsir etmə qaydaları” müəllimlərə öyrədiləcək. 687879
captcha