IQNA

BƏƏ-də keçirilən beynəlxalq kitab sərgisində “Quranın elmi möcüzələri” adlı kitab sərgilənib

23:53 - November 03, 2010
Xəbər sayı: 2025293
Beynəlxalq şöbə: Dubayın beynəlxalq Quran müəssisəsi “Qurani Kərimin elmi möcüzələri və Peyğəmbərin (s) sünnəti” adlı kitabı Şarcədə keçirilən beynəlxalq kitab sərgisində sərgilənib.
İQNA Quran agentliyi BƏƏ-nin “Vam” xəbər agentliyinə istinadən məlumat verir ki, Dubay beynəlxalq Quran müəssisəsinin Quran yarışlarının qalibləri komitəsinin sədri İbrahim Məhəmməd Buməlhə deyib ki, bu müəssisə cari ildə keçirilən sərgidə Qurani Kərimin elmi möcüzələri və Peyğəmbərin (s) sünnəti haqda bəzi nəşrlərini sərgiləyib.
O əlavə edib ki, bu müəssisə həmçinin Quran elmləri və dini sahədə nəşr etidyi kitabları gələn illərdə keçiriləcək beynəlxalq kitab sərgisində sərgiləməyi planlaşdırır.
Iyirmi doqquzuncu beynəlxalq Şarca sərgisində dünyanın müxtəlif ölkələrindən o cümlədən İrandan nəşriyyatçılar iştirak edir. Sərgi oktyabr ayının 26-dan noyabrın 6-na kimi keçirilib. Bu sərgi 1982-ci ildən hər il təşkil olunur və sərginin bu ilki şüarı “yazılı kəlməyə məhəbbət” seçilmişdi. 687977
captcha