IQNA

Fransanın müxtəlif şəhərlərində Qurban bayramı namazı qılınacaq

7:16 - November 13, 2010
Xəbər sayı: 2030461
Beynəlxalq şöbə: Fransanın müxtəlif şəhərlərindəki müsəlman birlikləri və islami təşkilatlar bəyanat yayaraq bu ölkədəki bütün müsəlmanları noyabrın 16-də Qurban bayramı namazında iştirak etməyə dəvət ediblər.
İQNA Quran agentliyi saphirnews saytına istinadən məlumat verir ki, Marsi şəhər və ətraf bölgələr məscidlərinin imam camaatlar şurası bu bəyanatda Qurban namazının həftənin ikinci günü “Şanato” parkında qılınacağını deyiblər.
Parisin “Rəhmət” birliyi də Qurban bayramı namazının Hautpoul xiyabanında yerləşən birliyin ofisində qılınacağını bildirib. “Run – Alp” regionunda “Vilorban” şəhər məscidi də Qurban bayramında iştirak etmək üçün müsəlmanları dəvət edib. Bu məsciddə Qurban bayramı namazı ilə yanaşı həmçinin uşaqlar və yeni yetmələr üçün müxtəlif proqramlar təşkil olunacaq.
Qeyd edək ki, Fransa müsəlmanlar şurası noyabrın 16-nı Qurban bayramı günü elan edib.693885
captcha