IQNA

Bəhreynin şiə alimləri sionist rejimin nümayəndə heyətinin bu ölkəyə səfərinə etiraz ediblər

10:00 - November 16, 2010
Xəbər sayı: 2032966
Beynəlxalq şöbə: Bəhreyn şiə alimləri şurası ABŞ sionist lobbisinə aid bir yəhudi nümayəndə heyətinin bu ölkəyə səfər etməsi üçün icazə verilməsinə etiraz ediblər.
İQNA Quran agentliyi ABA agentliyin istinadən məlumat verir ki, Bəhreyn şiə alimlər şurası elan edib ki, sionist nümayəndə heyətinə Bəhreynə səfər etmək üçün icazə verilməsi Bəhreyn xalqına və islami xalqlara hörmətsizlikdir.
Bəhreyn şiə alimlər şurasının sədri Əli Rəhmət bu haqda deyib ki, ABŞ-ın ifratçı sionist təşkilatlarından birinə bağlı olan bir qrup şəxsin Bəhreynə səfər edəcəyi haqda məlumat yayılıb . Bu nümayəndə heyətinə Bəhreynə səfər etmək üçün icazə verilməsi Fələstinin minlərlə şəhidin qanına, yüzlərlə yaralı və əziyyət çəkmiş xalqa qarşı zülmə göz yummaq deməkdir.
O əlavə edib ki, sionist rejimi və ona aid yəhudi təşkilatı ilə əlaqələrin adiləşdirilməsi Ərəb xalqları və İslami xalqların iradəsinə ziddir. 696116
captcha