IQNA

Seyid Həsən Nəsrullahın şəklini avtomobilinə asdığı üçün Səudiyyə Ərəbistanlı şiə həbs oldu

21:45 - November 17, 2010
Xəbər sayı: 2033532
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Əhsa əyalətindən olan şiə Səmir Əhməd ƏL-Həmadi Livan İslami müqvimət təşkilatının baş katibi Seyid Həsən Nəsrullahın şəklini avtomobilinin şüşəsinə yapışdırdığı üçün həbs olunub.
İQNA Quran agentliyi Rasid xəbər kanalına istinadən məlumat verir ki, bu şiənin həbsi barəsində göstərişi Əhsa əyalət başçısı Bədr bin Cəluy tərəfindən verilib. Əl-Həmadiyə 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Əl-Həmadi deyib ki, Əl-Həmadi turizm şirkətinin şöbə müdiri çalışan Əhməd Əl-Həmadini Nəsrullahın şəklini avtomobilinin şüşəsinə yapışdırdığı üçün polis məntəqəsinə çağırılıb və onun barəsində həbs qəti imkan tədbiri görülüb. Əhsa əyalətində şiələr qarşı o cümlədn alimlərin həbsi, məktəblərin və hüseyniyyələrin tətil olması kimi təxribatlar aparılırdı və hazırda o əyalətdə vəziyyət stabilləşib. 697000

captcha