IQNA

Beyrutda keçirilən “Nəhcul-bəlağə; ləfzlərin möcüzəsi və mənanın dərinliyi” adlı seminarda İran prezidentinin mesajı oxunub

0:17 - November 24, 2010
Xəbər sayı: 2037004
Siyasi və ictimai şöbə: İran prezidenti Mahmud Əhmədinejadın mesajı bu gün Livanın paytaxtı Beyrutda keçirilən “Nəhcul-bəlağə; ləfzlərin möcüzəsi və mənanın dərinliyi” adlı seminarda qirət olunub.
İQNA Quran agentliyi lebanonfiles saytına istinadən məlumat verir ki, İranın Beyrutdakı mədəniyyət müşavirliyi və İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA) təşəbbüsü ilə təşkil olunan iki günlük seminarın açılış mərasimində İran prezidenti Əhmədinejadın pəyamı qiraət olunub. Seminarda həmçinin Livan prezidenti Mİşel Süleymanın da pəyamını Livanın dövlət müşaviri Ədnan Hüseyn qirət edib. Seminar Beyrutun Coralbeach hotelində Livanın ələvi, dəruzi, məsihi, sünni və şiə qruplarının hamısının iştirakı ilə keçirilir.
Seminarda Livan şiələrinin Ali İslami Məclisinin rəis müavini Ayətullah Əbdül-Əmir Qibelan, Livan müftisi Məhəmməd Rəşid Qəbani və Livan məsihilərinin keşişi Mar Nəsrullah Betrus Səfir və İslami Məzhəblərin beynəlxalq yaxınlaşması asambeleyanın baş katibi Ayətullah Məhəmməd Əli Təsxiri çıxış edəcək.
Nəhcül-Bəlağənin ədəbi və bəlağət strukturu, Nəhcül-Bəlağədə insane haqları və sosial ədalət, Nəhcül-Bəlağədə hökumət, hökumətin idarəedilməsi və hakimin xüsusiyyətləri, Nəhcül-Bəlağədə əxlaqi hikmətlər, Nəhcül-Bəlağədə tövhid, Nəhcül-Bəlağı və islami birlik, Nəhcül-Bəlağə və ilahi dinlərin birgə yaşaması kimi məsələlər seminarda müzakirə olunacaq mövzulardır.
Ayətullah Təsxiri seminarda Nəhcül-Bəlağədə sosial ədalət mövzusunda çıxış edəcək. 700706
captcha