IQNA

Əfqanıstanın "Kövsər" fondu Qədir Xum bayramı şənliyi təşkil edəcək

9:14 - November 24, 2010
Xəbər sayı: 2037078
Mədəniyyət və İncəsənət şöbəsi: Noyabrın 24-də Qədir Xum bayramı münasibəti ilə İranın paytaxtı Tehranın Cavadiyyə regionunda Əfqanıstanın "Kövsər" elmi və mədəni fondunun təşəbbüsü ilə bayram şənliyi təşkil olunacaq.
Əfqanıstanın "Kövsər" elmi- mədəni fondunun rəhbəri Seyid Vəhid Zuhuri Hüseyni İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, bayram şənliyi yerli vaxtla saat 19:30-da Tehranın Cavadiyyə regionunda təşkil olunacaq və bayram şənliyində müxtəlif proqramlar icra olunacaq.
Hüseyni əlavə edib ki, Qədir Xum bayramı münasibəti ilə təşkil olunacaq şənlikdə İranda yaşayan Əfqanıstan vətəndaşları və dini heyətlər iştirak edəcək. Şənlikdə çıxışlar olacaq, mədihələr oxunacaq və iştirakçılara ziyafət təşkil olunacaq.
Hüseynin sözlərinə görə, bayram şənliyində Əfqanıstanlı məddahlarla yanaşı İranın tanınmış məddahlarından olan, Hacı Səid Xərrazi, Həmid Kabyab və Əli Cahanşad da iştirak edəcəklər.
Bayram şənliyində İranın Qum dini elmi hövzəsinin müəllimlərindən olan Höccətul-İslam Mehdi Bərati həzrət Əli (ə) və Qədir Xum hadisəsi haqda çıxış edəcək. 700933

captcha