IQNA

Müsəlman tələbələrin benəlxalq Quran yarışmasında iştirak etmək məqsədi ilə İranlı tələbələr arasından imtahan keçiriləcək

22:56 - November 27, 2010
Xəbər sayı: 2038428
Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışmasının təşkilatçı katibi İsa Əlizadə deyib ki, Müsəlman Tələbələrin beynəlxalq yarışmasında iştirak etmək üçün İranda nümayəndələrin iştirak etməsi məqsədi ilə İran Tələbələrinin Quran yarışmasının iyirmidördüncü və iyirmibeşinci dövr yarışlarının qalibləri arasında seçim imtahanları təşkil olunacaq.
Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışmasının təşkilatçı katibi İsa Əlizadə İQNA Quran agentliyi ilə müsahibəsində bildirib ki, həmin yarışmalarda iştirak etmək üçün hər bir ölkədən Quranın əzbər oxuma fənni üzrə bir nəfər və Quranın qiraəti üzrə bir nəfərin iştirakı nəzərdə tutulub. Yarışlar iki ildən bir təşkil olunur. Bunu nəzərə alaraq lazımdır ki, İrandan bu yarışlara qatılmaq üçün nümayəndənin göndərilməsi məqsədi ilə imtahanın keçirilməsi labüddür.
O əlavə edib ki, 2008-ci ildən indiyədək ölkə daxilində iki dövr Quran yarışları keçirilib. “Bu yarışlarda qalib gəlmiş şəxslər dekabr ayının ortalarında keçirilən imtahanlara qatılacaq. İmtahanlar ölkənin Tələbələrin Quran Fəaliyyətləri Təşkilatının ofisində əzbər oxuma (hifz) və qiraət fənnləri üzrə hakimlərin iştirakı ilə keçiriləcək”, -deyə Əlizadə deyib.
O əlavə edib ki, imtahanda iştirak etmək istəyən şəxslər tələbə olduqlarına dair sənədlərini təqdim etməldir. “Əgər birinci yerin qalibləri arasında tələbələr olmazsa onda ölkənin Quran yarışlarında ikinci yeri tutmuş və hələdə tələbə olan şəxslər imtahana buraxılacaq”, -deyə Əlizadə deyib.
Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışmasının təşkilatçı katibi İsa Əlizadə əlavə edib ki, baxmayaraq ki, bu dövr yarışlara qadınların da qatılması üçün hazırlıq işləri görülmüşdü və bəzi ölkələrdən qadın nümayəndələrdə təqdim olunmuşdu, lakin sonradan bu ilki yarışların ancaq kişilər üçün keçirilməsi qərara alındı.
Əlizadə əlavə edib ki, çalışırıq ki, tələbələrin gələn dövr Quran yarışmasında qadınlar da iştirak etsin.
Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışması dünyanın 40 ölkəsindən müsəlman tələbələrin iştirakı ilə 2011-ci ilin yanvar ayının 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək. 701879
captcha