İQNA Quran agentliyinin məlumatına əsasən, kitab Türkiyə dini işlər üzrə Ali Şuranın üzvi Məhəmməd Kəskin vasitəsi ilə toplanıb.
Kəskin kitabın hazırlanması üçün şiə alimlərinin əsərlərindən o cümlədən “Əl-İstəbsar”, “Mən la təhzurul-fəqih”, “Fruğ-e Kafi”, “Təhzibul-Əhkam”, mücdəhitlərin “əhkam izahları risaələləri” və İmam Xumeynin (rə) yazdığı “Təhrirul-vəsilə” kitablarından istifadə edib.
Kitabın müqəddiməsində yazılıb ki, Türkiyənin Diyanət Bakanlığı ölkəni dini işləri üzrə fəaliyyət göstərən qurum kimi, təkcə Hənəfi məzhəbi mənsublarına deyil, digər məzhəblərə də xidmət etməyi özünə borc bilir.
Kitab üç hissədən ibarətdir. Birinci hissədə şiə məzhəbinin tarixi , şiə fiqhində mənbə kimi istifadə olunun sünnət, icma və əql , ictihad məsələsi və təqlid məsələsi haqda izahlar verilib.
İkinci hissədə şiə məzhəbinin əqidəsinin əsasları haqda izah verilib. Müəllif bu hissədə geniş şəkildə şiə məzhəbinin əqidəsinin əsaslarınan olan tohid, ədl, nübüvvət, imamət və məad haqda izahlar verilib.
Kitbaın üçüncü hissəsində namaz, oruc, həcc, zəkat və xum əhkamları haqda izahlar verilib. 703259