IQNA

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı İKT-nin mədəniyyət, incəsənət və tarix Mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

10:35 - December 02, 2010
Xəbər sayı: 2040943
Quran üzrə fəaliyyətlər şöbəsi: İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı (MİƏT) və İslam Konfransı Təşkilatının (İKT) mədəniyyət, incəsənət və tarix Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənədə əsasən bundan sonra hər iki təşilat mədəniyyət, incəsənət sahəsində əməkdaşlıqlarla yanaşı Quran proqramları sahəsində də əməkdaşlıq edəcəklər.
İQNA Quran agentliyinin İranın mədəniyyət və islami əlaqələr təşkilatının sayıtna istinadən məlumat verir ki, əməkdaşlıq memorondomunu dekabrın birində MİƏT-in sədri Məhəmməd Baqir Xürrəmşad və İKT-nin mədəniyyət, incəsənət və tarix Mərkəzinin baş katibi Xalid Ərən Tehranda imzalayıblar.
Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad bu mərasimdə İran mədəniyyət proqramlarının dünya səviyyəsində islam ölkələri və islami təşkilatlarla əməkdaşlıq etdiyini bildirib və əlavə edib ki, İslam Konfransının mədəniyyət, incəsənət və tarix Mərkəzinə Qüds, Fələstin və islam sivilizasiyası sahəsində gördüyü işlərə görə təşəkkür edir və elan edirik ki, Mədəniyyət və İslami Əlaqələr Təşkilatı Qüds və Fələstin məsələsində bu təşkilatla əməkdaşlıq etməyə hazırdır.
Xürrəmşad həmçinin imzalanmış memorondum çərçivəsində təklif edib ki, Quranın 14-cü əsr nazil olması münasibəti ilə "Quran, Həyat proqramı" adlı beynalxalq konfrans 2011-ci ildə Tehranda kçeirilsin.
Xalid Ərən bu təklifi alqışlayıb və deyib ki, imzalanmış memorondoma əsasən 2011-ci ilin oktyabr ayında Tehranda mədəniyyət və incəsənət beynəlxalq festivalı təşkil olunacaq.
Ərən həmçini əlavə edib ki, rəhbərlik etdiyi qurum həzrət Əli (ə)-ın əlyazması olan Quran nümunələrini toplayır. "Həzrət Əli (ə)-ın əlyazması olan iki Quran nüsxəsini Səna və Qahirədən əldə etmişik və yaxın günlərdə məlumat əldə etdik ki, daha iki nümunə Nəcəf və Məşhəd şəhərlərində mövcuddur. Biz bu əlyazma Quranları bir yerə toplayıb, bütün nümunələri tutuşdurub onu yenidən çap edəcəyik", -deyə Ərən deyib. 704163
captcha