İQNA Quran agentliyinin məlumatına əsasən, Beynəlxalq Həzrət Əli Əsğər (ə) günü hər il Məhərrəm ayının ilk cümə günü qeyd olunur. Bu ildə ötən illərdə olduğu kimi dünyanın müxtəlif 1100 şəhərində o Həzrətin xatirəsi anılacaq. Bu mərasimlərin cari ildə İran, İraq, Səudiyyə Ərəbistan, Bəhreyn, Kuveyt, Qətər, Omman, Hindistan, Pakistan, Əfqanıstan, Suriya, Livan, Türkiyə, Kanada, Fransa, Tayland, Danimarka, İsveçrə, Finlandiya, ABŞ və Avstraliyada təşkil olunması nəzərdə tutulub. Mərasimlərin təşkilindən məqsəd İmam Hüseyn (ə) və onun südəmər tiflinin məzlumluğ mesajını dünya xalqlarına çatdırmaqdır. Dünya xalqlarının Aşura mədəniyyəti və ümmətlərin islah olunması, əmr be məruf və nəhy əz münkər, zülmlə mübarizə və bu məktəbin digər mesajları ilə dünya xalqlarını tanış etməkdir.
Bu mərasimlər Həzrət Əli Əsğər (ə) beynəlxalq asambeleyasının təşəbbüsü ilə dünyanın 5 qitəsində məscidlərdə, hüseyniyyələrdə, əzadarlıq heyətlərinin mərkəzlərində təşkil olunacaq.
Qeyd edək ki, Həzrət Əli Əsğər (ə) beynəlxalq asambeleyası İranın Tehran və Məşhəd şəhərlərində dünyanın müxtəlif ölkələrindən İmam Hüseyn (ə) xadimləri və dini şəxsiyyətlərin iştirakı ilə dörd seminar təşkil edib. Seminarlarda Həzrət Əli Əsğər (ə) gününə həsr olmuş mərasimlərin necə keçirilməsi məsələlər müzakirə olunub.706038