Quran üzrə İranlı ekspert və İranın Quran radiosunda radioklubun direktoru Əhməd Leyayi İQNA Quran agentliyinə müsahibsəində bildirib ki, Cahad-e Daneşgahi Quran birliyi və ölkədə Tələbələrin Quran fəaliyyətləri Təşkilatını çox yaxşı tanıyıram. Bu iki təşkilatın keçirəcəyi Müsəlman Tələbələrin III Beynəlxalq Quran yarışlarının bərəkətli və layiqincə olacağından əminəm.
O əlavə edib ki, uzun illər idi ki, ölkədə keçirilən beynəlxlaq Quran yarışlarında Tələbələrin Quran fəaliyyətlərinin yeri boş idi və sevindirici haldır ki, Tələbələr arasında II dövr Quran yarışlarının keçirilməsi ilə bu sahədə də təqdirə layiq nailiyyətlər əldə olunub.
O əlavə edib ki, İranın Quran fəaliyətləri üzrə Tələbələr təşkilatı eləyə bilər müxtəlif ölkələrdən layiqli şəxslərin iştirakını təmin etməklə yarışmanın keyfiyyətini artıra bilər. "Əgər yarışmaya qatılanlar iştirakçı ölkələr tərəfindən seçilərsə mümkündir ki, layiqli şəxslər yarışmaya qatılmasın və bu məsələ yarışmanın keyfiyyətinin aşağı düşməsinə səbəb olsun", -deyə Leyayi deyib.
O deyib ki, yarış təşkilatçıları kəmiyyətə o qədər də diqqət etməməlidir, ona görə ki, iştirakçıların çoxluğu onun yüksək səviyyədə keçirilməsinin göstəricisi demək deyil, gərək yarışın keyfiyyətinə önəm verilsin.
Leyayi deyib ki, necə ki, Böyük Rəhbərimiz buyurub "Quran bizim İnqilabımızın kitabıdır" biz əgər Qurana sahib çıxsaq dünya və axirətimizə sahib çıxmış olacağıq. Ölkənin bütün rəsmiləri Qurana diqqət ayırır biz də bu fürsətdən yararlanıb Qurani Kərimi bütün islərimizdə başda tutmalıyıq.
Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının İranda keçirilməsi müsbət nəticələr əldə edəcək. Ona görə ki, iştirakçılar bu yarışlardan bəhrələnəcək və öz ölkələrinə qayıdacaqlar. Onlar İran İslam Respublikasının səfirləri kimi öz işlərini görəcəklər. 706598