İQNA Quran agentliyi " france-moyenorient" saytına istinadən məlumat verir ki, Aralıq dənizi və Orta Şərq Araşdırmalar Qrupunun (GREMMO) təşkilatçılığı ilə təşkil olunacaq konfrans yerli vaxtla saat 18-də başlayacaq. Konfransda müsəlman və qeyri müsəlman iqtsadçı ekspertlər iştirak edəcəklər.
Konfransda Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının beynəlxalq iqtisadi əlaqələr şöbəsinin direktoru Əbdüləziz Əbu Hamid Əl-Uişəq Fars Körfəzi islami ölkələrin iqtisadi məsələlərinə dair çıxış edəcək.
Aralıq dənizi və Orta Şərq Araşdırmalar Qrupu eləcə də Ərəb ölkələri və İslami ölkələrdə inkişaf prespektivləri, İslami ölkələrin digər ölkələrin inkişafında rolu və Fars Körfəzi ölkələrinə diqqətin artırılması kimi məsələləri araşdırma üçün illik iclas keçirməyi planlaşdırır. 708195