IQNA

Bəhreynin şiə alimləri bu ölkədə İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinə qoyulan məhdudiyyətlərə etiraz edib

12:25 - December 12, 2010
Xəbər sayı: 2046508
Beynəlxalq şöbə: Bəhreyn Şiə Alimlər Şurası bəyanat yayaraq bu ölkənin müxtəlif regionlarında İmam Hüseyn (ə) əzadarlıqlarına qarşı polis zorakılığı və əzadarlıq bayraqlarının küçələrdən yığışdırılmasına etiraz edərək bu kimi hərəkətləri pisləyib.
İQNA Quran agentliyi "Bəhreyn şiə alimlər şurasının" saytına istinadən məlumat verir ki, bəyanatda bildirilir ki, ölkədə müxtəlif din mənsublarının bir-birinin yanında sülh şəraitində yaşamasının və tolerantlığın şahidi idik, lakin Məhərrəm ayının başlaması ilə hökumətin addığı addımlar buna ziddir və qərəzli şəkildə atılan addımlardır.
Bəyanatda bildirilir ki, ölkənin bəzi regionlarında İmam Hüseyn (ə) əzadarlıq bayraqları, şüarların cırılması və əzadarlıq iştirakçılarına qarşı polisin zorakılığı Əhli Beyt (ə) aşiqlərinə qarşı hörmətsizlikdir. Şiə məzhəbinin dəyərlərinə qarşı atılmış bu addımlar tolerantlıqla ziddir.
"Bu kimi hörmətsizliklər və Əhli Beyt aşiqlərinin ehsasları ilə oyanamaqla barışmayacağıq. Hökumət rəsmilərindən soruşuruq bu kimi addımlarla şiələrin öz dəyərlərinə nə qədər bağlı olmaqlarını ölçmək istəyirsiniz?", -deyə bəyanatda bildirilir.
Bəhreyn Şiə Alimlər Şurası bu kimi hörmətsizlikləri tənqid edib və bütün regionlarda tez bir zamnada hörmətsizliklərə son qoyulmasını istəyib. Hamı bilməlidir ki, İmam Hüseyn (ə) əzadarlıqlarına qarşı atılmış hörmətsiz addımlarla bizi Əhli Beyt (ə) vəfadarlığımızda və məhəbbətimizdə şübhə oyada bilməyəcəklər, bəlkə bizi öz inancımızda və məhbbətimizdə daha da bağlı edir. 710181
captcha