İQNA Quran agentliyinin “saphirnews” saytına istinadən məlumat verir ki, Gaza-Strophe, le jour d’après sənədli filmi Səmir Abdullah və Xeyrəddin Məbrukun çəkdiyi müştərək televiziya filmdir.
Sənədli filmin ekranından sonra Qəzzə və sionist rejiminin mühasirəsi mövzusunda konfrans keçirilib. Konfransda Fələstində insan haqları müdafiəsi mərkəzinin üzvləri də iştirak ediblər. Fələstinli iştirakçılar filmin mövzusu və Qəzzənin mövcud durumu haqda konfrans iştirakçılarına məlumat veriblər.
Sənədli filmdə sionist rejiminin Qəzzəyə hərbi hücumundan kadrlar və müharibədən sonra bu şhərin müsəlman əhalisinin başına gələnlər ekranlaşdırlıb. Qeyd edək ki, sənədli film bəzi regional kino festivallarında ən yaxşı sənədli film ödülünü qazanıb. Sənədli filmin bəzi hissələri ilk dəfə Fransanın “France ô” kanalından efirdə yayımlanıb. 713755