IQNA

Səudiyyədə şəhid edilən Əhli-Beyt (ə) ardıcıllarının qəbirləri yenidən qurulur

13:13 - January 11, 2011
Xəbər sayı: 2062837
Beynəlxalq şöbə: 1400-cü hicri-qəməri ilində Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş İmam Hüseyn (ə) əzadarlarının qəbirləri yenidən qurulur və artıq ilk şəhədin qəbri yenidən qurulub.
İQNA Quran agentliyi "Rasid" xəbər saytına istinadən məlumat verir ki, 1400-cü hicri-qəməri ilində Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş ilk şəhid Həsən Mənsur Əl-Qilafın qəbrinin yenidən qurulması mərasimi keçirilib.
Şəhid Əl-Qilaf 1400-cü hicri-qəməri ilində Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən 20 yaşında qətlə yetirilib.
Ərəbistaınn Əhli-Beyt (ə) davamçıları Hüseyn (ə) əzadarlarının xatirəsini canlı saxlamaq üçün bu şəhidlərin qəbirlərini yenidən qurmağa başlayıb və eyni zamanda bu qəbirlərin yanında bayraq da asılacaq.
Qeyd edək ki, Ərəbistanın təhlükəsizlik qüvvələri 1400-cü hicri-qəməri ilində Hüseyn (ə) əzadarlarına hücum edərək, onları güllə-baran etmişdilər. Əzadarların çox hissəsi şəhid olmuş və çox hissəsi də yaralanmışdılar. Bu il də təkfirçilər əzadarlara qarşı yürüş etmiş və onlara xəsarət yetirmişdilər. Yalnız polisin işə qarışması ilə, bu yürüş sona çatdırılmışdır. 724800


captcha