İQNA Quran agentliyinin məlumatına əsasən, Hilvan şəhərinin “Mustafa Kamal” və “Yavuz Sultan Səlim” məktəblərində təhsil alan 40 nəfər hicablı şagird dərsə buraxılmayıb. Bu şagirdlər 8-13 yaşlıdırlar.
Bir ay öncədən bu şagirdlər dərsə buraxılmır. Bəzi şagirdlər məcbur olub dərsə hicabsız gediblər, lakin şagirdlərin çoxu məktəbin bu qadağası ilə razılaşmayıb və qadağaya etiraz edib.
Şagirdlərin valideynləri bildirir ki, təhsil nazirliyi bizim uşaqların hüquqlarını pozur. Konistitusiyanın 42-ci maddəsinə görə təhsil icbaridir, lakin bizim uşaqlarımızın bu hüquqları əlidnən alınıb. 733476