IQNA

Əl-Riad kitabxanasında müxtəlif dillərdə 113 Quran tərcüməsi saxlanılır

14:28 - January 31, 2011
Xəbər sayı: 2073331
Beynəlxalq şöbə: Səudiyyyə Ərəbistanın Əl-Riad şəhərinin Məlik Əbdüləziz kitabxanasında dünyanın müxtəlif dillərinə tərcümə olunmuş 113 Quran tərcüməsi saxlanılır.
İQNA Quran agentliyinin " Saudi Gazette" qəzetinə istinadən məlumatına əsasən, ümumilikdə bu kitabxanada 1.3 milyon kitab saxlanılır ki, bu kitabların 32 000 cildinin tarixi Avropada çap sənətənin yaranması dövrünə aiddir.
Kitabxanada 78 kitab Həzrə Peyğəmbərin (s) həyatı ilə bağlı nadir kitablardandır. Kitabxanada həmçinin XVI əsrə aid elmi və tarixi nadir kitablar var. Kitabxanada İmni Sinanın "Qanun" kitabı da mövcuddur. Fars Körfəzi ölkələrinin siyasi və tarixi hadisələri ilə bağlı əlyazma nadir kitablar da mövcuddur.739532
captcha