İQNA Quran agentliyinin məlumatına əsasən, kitabın müqəddiməsində yazılıb ki, “hicab məsələsi ötən yüz il ərzində bir çox ictimai münasibətləri təsir altına ala biləcək dünyanın ən əhəmiyyətli mədəni məsələlərdəndir. Belə ki, bəzi Qərb ictimaiyyətində qadınların hicaba meyillənməsi siyasətçilər və hətta sərmayədarlar üçün təhlükə mənbəyinə çevrilib. Bu səbəbdən həmin hökumətlərdə hicaba qarşı qadağalar artıb. Bu həmin hökumət güclərinin hicabın böyük təsiri qarşısında acizliyini göstərir”.
Kitabda İslamda qadınlar üçün hicabın vacibliyi, qadınların hicab geyinmə tarixçəsi, hicab taxmağın hökmləri və qaydaları, modernləmə və hicab, İslami geyimin təsirləri, hökumət və qadının geyimi, İslami geyimə qarşı tənqidlər, İslami geyimdən imtinanın səbəbləri və hicab taxmaq mədəniyyətinin inkişaf etdirilməsi kimi mövzulardan müxtəlif fəsillərdə bəhs olunur.
Kitab 3000 tirajda çap olunub. Kitabın 184 səhifəsi var və 2940 tümən (2 manat 4 qəpik) kitabın qiymətidir. 746089