IQNA

Londonda Islam Peyğəmbərinin (s) əxlaqı ilə tanışlıq sərgisi təşkil olunucaq

22:24 - February 14, 2011
Xəbər sayı: 2080958
Beynəlxalq şöbə: İslamla tanışlıq və Peyğəmbərə (s) dəstək beynəlxalq Birliyi Britaniyanın paytaxtı Londonda yaxın gələcəkdə sərgi təşkil edəcək. Sərgi İslam Peyğəmbərinin (s) əxlaqı ilə tanış olmaq məqsədi ilə təşkil olunur.
İQNA Quran agentliyi “ƏL-Kövsər” saytına istinadən məlumat verir ki, İslamla Tanışlıq və Peyğəmbərə (s) dəstək Beynəlxalq Birliyi indiyədək əziz İslam Peyğəmbərini həzrət Məhəmməd Mustafa (s) tanıtmaq məqsədi ilə yeddi sərgi təşkil edib. Belə sərgilərdən sonuncusu Viyanada təşkil olunmuşdur.
Birlik yaxın gələcəkdə yeni sərgi təşkil edərək İslam Peyğəmbərinin (s) əxlaqı ilə əhalini tanış etmək istəyir. Sərgi yaxın bir neçə ay ərzində Londonda təşkil olunacaq.
Qeyd edək ki, birlik indiyədək İslam Peyğəmbərini (s) tanıtmaq məqsədi ilə Avropa ölələrində 30 dövr kurslar təşkil edib. Bu kurslarda 2700 nəfər təhsil alıb. Birlik həmçinin Peyəmbəri (s) və onun əxlaqı ilə tanış olmaq məqsədi ilə Ərəb, İngilis, Fransa, Çin,İspaniya və Türk dillərində internet səhifələri istifadəyə verib. 747617

captcha