İQNA Quran agentliyinin məlumatına əsasən, xanım İlahiyan məktubunda yazıb ki, Misir, Bəhreyn, Yəmən və Liviya xalqı öz hökumətlərinə dinc etirazlar edirlər. Onlar öz qanuni hüquqlarının bərpasını istəyirlər. Lakin hökumətlər onlara qarşı zor tətbiq edir və bəzi vaxtlar onları gülləbaran edir. Beynəlxalq İnsan haqları sənədlərinə əsasən söz azadlığı və əqidə azadlığı bəşərin hüquqlarındandır. İran parlamentinin insane haqları komitəsi bu cinayətləri məhkum edir və sizdən bu ölkələrdəki vəziyyəti araşdırmaq məqsədi ilə xüsusi komitənin yaradılmasını təklif edir. Komitənin rəyinə əsasən cinayətkarlar Beynəlxalq məhkəməyə verilsin və cəzalandırılsınlar ki, digərlərinə ibrət olsunlar. 755060