IQNA

Quranın dünyadakı fəal dillərə tərcümə olunması zəruridir

23:42 - March 01, 2011
Xəbər sayı: 2088834
Quran fəaliyyətləri üzrə şöbə: Brucerd şəhərinin imam cüməsi Quranın dünyadakı fəal dillərə tərcümə olunmasını zəruri hesab edir.
İQNA Quran agentliyinin məlumatına əsasən, Brucerdin İmam Cüməsi höccətul-islam Həsən Turabi Quranın tərcüməsi üzrə keçirilən konfransda bildirib ki, Quranın dünyadakı fəal dillərə tərcümə olunması zəruridir. “Xüsusi ilə İslam İnqilabının qələbəsindən sonra İslam və Quran dünya ictimaiyyəti və ziyalılarının diqqət mərkəzində olduğu üçün bu zərurət daha da geniş formada yaranır”, -deyə Turabi deyib.
O əlavə edib ki, dünyada İslamın inkişafı və geniş formada yayılması tarixi bir hadisədir. “BMT-nin dinlərlə bağlı statistikasına əsasən dünya da mövcud olan dinlər arasında ən geniş yayılan din İslam dinidir. Bu dini qəbul edənlərin sayı hər il bir faiz artır”,-deyə Turabi deyib.
O əlavə edib ki, əgər bu İslam dinini qəbul edənlərin sayı bu cür inkişaf edərsə gələn 99 il ərzində dünyanın bütün əhalisi müsəlman olacaq. “QƏrb ölkələrində İslama, Qurana və Peyğəmbərə qarşı hörmətsizliklər onların bu dinin yayılmasında qorxduqlarının göstəricisidir”, -deyə Turabi deyib.
O əlavə edib ki, Quranın mesajı bütün dünya xalqlarına çatdırılmalıdır və Quranın təlimləri və hökmləri onlara çatdırılmalıdır. “Ərəb dilini öyrənmək çətin olduğundan Quranın dünyadakı fəal dillərə tərcüməsi zəruridir”, -deyə Turabi deyib.
Qeyd edək ki, bu konfrans İrnaın tanınmış Quran tərcüməçisi Əbdül-Məhəmməd Ayətinin xatirəsinə həsr olunub.756197
captcha