IQNA

Fransalı basketbolçu müsəlmanlığı qəbul etdi

21:25 - March 07, 2011
Xəbər sayı: 2092033
Mədəniyyət və incəsənət şöbəsi: İranın Qum şəhərinin “Yol və Nəqliyyat Səm” basketbol komandasının fransalı oyunçusu Klud Markus martın 6-da Ayətullah Uzma Məhəmməd Ələvi Qorqaninin evində kəlmeyi-şəhadəti deyərək İslam dinini qəbul edib və adını “Əhməd” qoyub.
İQNA Quran agentliyinin məlumatına əsasən, İranın Qum şəhərinin basketbol komandasının katibi Həsən Əfkar deyib ki, Markus bir ay yarımdır ki, İrana gəlib və Qumun yol və nəqliyyat Səm basketbol komandasında oynayır. O bu komandada çox yaxşı oyun göstərib.
Klud Markusun 30 yaşı var. O İrana gldiyi gündən İslam Peyğəmbəri (s) və İslam haqda fransız dilində kitablar oxumağa başlayıb və İslam dini ilə maraqlanıb. Ötən gün qərar qəbul edib ki, müsəlmanlığı qəbul etsin. Bunun üçün Ayətullah Qorqaninin evinə getdik və o İslamı qəbul elədi.
Əfkar əlavə edib ki, bü münasibətlə bu gün yerli vaxtla 15:30-da 2000 nəfərlik basketbol salonunda komandanın oyunundan öncə bayram şənliyi təşkil olunub.Şənlikdə iştirak edənlər onu İslam dinini qəbul etdiyi üçün onu təbrik ediblər. 759323
captcha