IQNA

Qətərdə keçiriləcək yeniyetmələrin Beynəlxalq Quran müsabiqəsində 46 ölkədən yarışmaçılar qatılacaq

18:57 - March 12, 2011
Xəbər sayı: 2094443
Beynəlxalq şöbə: Əl-Cəzirə telekanalının uşaq kanalının icraçı direktoru Mahmud Bunab deyib ki, Qətərdə keçiriləcək yeniyetmələrin Beynəlxalq Quran müsabiqəsində 46 ölkədən 9-12 yaşında 2425 uşaq yarışmaçı qatılacaq.
IQNA Quran agentliyinin “Islam online” saytına istinadən məlumatına əsasən, uşaqlar üçün Quran müsabiqəsi Qətərin Islami Işlər və Vəqflər nazirliyi və Əl-Cəzirə telekanlının birgə səyi nəticəsində keçiriləcək.

Bunab deyib ki, Quran müsabiqəsində tilavət və hifz üzrə uşaqlar bir-biri ilə yarışacaq. “Müsabiqənin keçirilməsindən məqsəd Qurana xidmət göstərmək, Ərəb dilinin səviyyəsini artırmaq, yeni nəsilin tərbiyyəsində yeni texnologiyalardan istifadə, yeniyetmələrin istedadları və bacarıqlarını tanınması və yeniyetmələr arasında əlaqələrin möhkəmləndirilməsidir”, -deyə Bunab deyib.
O əlavə edib ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat hələ ötən ildən başlanılıb. “Uşaqlar üç dəqiqəlik qiraətlərinin səsini və digər məlumatları aidiyyatı saytda yerləşdirərək qeydiyyatdan keçiblər”-deyə bunab deyib.
Müsabiqədə iştirak edəcək yarışmaçılardan 300 nəfəri seçiləcək və onların qiraəti Əl-Cəzirə uşaq telekanlı vasitəsi ilə Ramazan ayında yayımlanacaq. “Iştirakçılardan 60 nəfər Duha şəhərində keçiriləcək final mərhələsində iştirak edəcəklər”,-deyə Bunab deyib.

Onun sözlərinə görə, müsabiqənin bağlanış mərasimi Ramazan ayının 27-ində keçiriləcək və iştirakçılardan 4 nəfər qalib seçiləcək.

Qeyd edək ki, müsabiqəyə nəzarət edən hakimlər komitəsi müxtəlif ölkələrdən seçilmiş yeddi Quran üzrə ekspert həyata keçirəcək. Hakimlər heyətinə Misirdən olan hakim Əhməd Isa əl-Mösəravi və Suriyalı hakim Imən Rəşdi Suid başçılıq edəcək. 762104
captcha