IQNA

Hindistanda İmam Həsən Əsgəri (ə) mövludu münasibəti ilə bayram şənliyi keçirilib

20:07 - March 13, 2011
Xəbər sayı: 2095115
Mədəniyyət və incəsənət şöbəsi: hindistanın Zeydpur şəhərində İmam Həsən Əsgəri (ə) mövludu münasibəti ilə martın 13-də bayram şənliyi keçirilib.
İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, bayram şənliyi İmam Həsən Əsgəri (ə) mövludunun 1200-ci ildönümü münasibəti ilə keçirilib.
Bayram şənliyində ilk öncə Quran qiraət olunub. Daha sonra şairlər İmam Həsən Əsgəri (ə) mədhində şerlər qiraət ediblər. Sonra Hindistanın Feyzabad şəhərinin alimlərindən olan höccətul-islam Məhəmməd Höccət İmamın həyatından danışıb. Mərasimdə Əhli-Beyt (ə) sevərlər və şiələr iştirak ediblər.762447
captcha