IQNA

Qumda təhsil alan əcnəbi tələbələr Bəhreyn xalqına dəstək mitinqi keçirib

9:46 - March 20, 2011
Xəbər sayı: 2097667
Siyasi və ictimai şöbə: İranın Qum şəhərində təhsil alan əcnəbi tələbələr Bəhreyndə Səudiyyə və Bəhreyn hakimlərinin törətdikləri cinayətlərə etiraz əlaməti olaraq martın 20-də mitinq keçiririb.

İQNA Quran agentliyinin məlumatına əsasən, Qum şəhərintə 100-dən çox ölkədən təhsil alan tələbələr bu gün Höccətiyyə mədrəsəsinin qarşısında etiraz mitinqi keçiriblər. Onlar Bəhreyn və Səudiyyə Ərəbistan hakimlərinin törətdikləri cinayətləri pisləyib ABŞ və İsrailin siyasətlərinə uymamağa çağırıblar.
Qeyd edək ki, bu gün həmçinin Bəhreyn, Hicaz və digər müsəlman ölkələrindən olan tələbələr Bəhreyndəki etirazlarda şəhid olmuş şəxsləri üçün əzadarlıq məclisi təşkil edəcəklər.
Eləcə edə ötən gecə İran parlamentinin spikeri, alimlər, mərcə təqlidlər və Qum şəhər sakinlərinin iştirakı ilə Əzəm məscidində Bəhreyn şəhidlərinin xatirəsinə mərasim təşkil olunub.
Bundan öncə Qum təhsil alan əcnəbi tələbələr Səudiyyə Ərəbistan və Bəhreynin Tehrandakı səfirliyinin qarşısında da etiraz mitinqi keçiriblər. 765692
captcha