IQNA

Portuqaliyada məscid imamlarına kurslar təşkil olunacaq

22:52 - March 26, 2011
Xəbər sayı: 2098154
Beynəlxalq şöbə: Portuqaliyanın paytaxtı Lissabonda martın 28-31-dək məscid imamları üçün “dialoq və mötədillik dəyərləri” mövzusunda xüsusi kurslar təşkil olunacaq.
İQNA Quran agentliyinin ISESCO saytına istinadən məlumatına əsasən, bu xüsusi kurslar ISESCO və Kuveyt İslami İşlər və Vəqflər Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Xüsusi kurslarda Portuqaliyanın müxtəlif regionlarındakı məscidlərin imamları, dini müşavirlər və xətiblər iştirak edəcək. Xüsusi kurslarda xorafatlar qarşısında dini mərkəzlərin görə biləcəyi işlər, müsəlman mədəniyyətinin Qərb ölkələrində qorunub saxlanılması, Qərb ölkələrində müsəlman azlıqlarının əlaqələrinin möhkəmləndirilməsi yolları da müzakirə olunacaq. 766109
captcha