IQNA

İraqın Nəcəf şəhərində beynəlxalq “Nəhcül-Bəlağə” konfransı keçirilir

18:53 - March 27, 2011
Xəbər sayı: 2098368
Beynəlxalq şöbə: İraqın Nəcəf şəhərində martın 27-də “Nəhcül-Bəlağə” mövzusunda beynəlxalq konfrans keçirilir.
İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, Kufə araşdırmalar müəssisəsinin müdiri Hadi Əl-Təmimi deyib ki, konfrans Kufə araşdırmalar müəssisəsi və Kufə universitetinin strateji araşdırmalar mərkəzinin dəstəyi ilə “Nəhcül-Bəlağə” mövzuduna keçirilir.

Konfransda İraq, İran, Misir, Əl-Cəzair, Bəhreyn və İordaniyadan araşdırmaçılar iştirak edirlər. İki günlük konfransda Nəhcül-Bəlağə haqda aparılmış araşdırmalar haqda müzakirələr aparılacaq.766221
captcha