İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, Qazağıstanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Aradıq Duscan Səudiyyə Ərəbistanda Beynəlxalq İslam Birliyinin baş katibi Abdullah bin Əbdül-Möhsin Əl-Türki ilə görüşüb. Görüşdə “MDB ölkərində İslamın rolu” konfransı üçün hazırlıq işləri haqda müzakirələr aparılıb.
Əl-Türki deyib ki, konfransın keçirilməsi islami birliyin güclənməsinə səbəb olacaq. Konfransda həmçinin MDB ölkələrinə üzv müsəlman ölkələrin qarşılaşdığı problemlər müzakirə olunacaq.
Müstəqil Dövlətlər Birliyi İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulub. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb.Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.766668