IQNA

Qurana hörmətsizlik göstərir ki, bəzi cəmiyyətlərdə ekstremizm hakimiyyəti mövcuddur – Pakistan baş naziri

23:22 - March 30, 2011
Xəbər sayı: 2099235
Beynəlxalq şöbə: Pakistanın baş naziri Yusif Rza Gilani deyib ki, Qurana hörmətsizlik və onun ABŞ-ın Florida ştatında kilsələrin birində yandırılması göstərir ki, bəzi cəmiyyətlərdə ekstremizm hakimiyyəti mövcuddur.
İQNA Quran Agentliyi Kuveytin “Kona” agentliyinə istinadən məlumat verir ki, Gilani rəsmi bəyanat yayaraq ABŞ-ın Florida ştatında Quranın yandırılmasını tənqid edib və bu kimi hərəkətləri pisləyib.
“Qurana hörmətsizlik çox çirkin və bəyənilməz bir addımdır və bəzi cəmiyyətlərdə ekstremizm hakimiyyətinin mövcudluğunu göstərir. Mən Pakistan xalqı və dövləti adından Qurana hörmətsizliyi və onun yandırılmasını qətiyyətlə pisləyirəm”, -deyə Gilaninin bəyanatında deyilir.
Qeyd edək ki, martın 20-da ABŞ-ın Florida ştatının Ginzoel şəhərinin Dove World Outreach Center kilsəinin ifratçı keşişi Teri Conz mərasim təşkil edərək Quranın nüsxəsini yandırıb. Mərasim iştirakçıları Quran yandırma hadisəsində fotolar çəkiblər. Bu hərəkət dünya müsəlmanlarını qəzəbləndirib. 766931
captcha