IQNA

Imam Rza (ə) hərəmini ötən il bir milyondan çox insan sayt vasitəsi ilə canlı yayımdan ziyarət edib

22:07 - April 01, 2011
Xəbər sayı: 2099419
İmam Rza (ə) hərəminin verdiyi statistikaya əsasən, ötən il (İranda il martın 21-də dəyişir) 1 milyon 43 000 nəfər www.razavi.tv saytı vasitəsi ilə canlı yayıman ziyarətgahı ziyarət edib.
İQNA Quran agentliyinin Xorasan Rəzəvi şöbəsinin məlumatına əsasən, www.razavi.tv sayıt virtual məkanda Əhli-Beyt (ə) aşiqlərinə xidmət göstərir. Dünyanın hər bir yerindən müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri bu sayt vasitəsi ilə İmam Rza (ə) hərəmini canlı yayımdan ziyarət edə bilərlər.
Eləcə də hərəmin İmam Xumeyni (rə) eyvanında müxtəlif münasibətlər o cümlədən İmam Rza (ə) mövludu münasibəti ilə, Qədr gecələri, Ərəfə günü, Səfər ayının son 10 günü, Novruz bayramı və digər münasibətlərlə bağlı keçirilən tədbirlə canlı yayımda bu sayt vasitəsi ilə yayımlanır.

Qeyd edək ki, adi günlərdə sutkada 3000 nəfər və xüsusi münasibətlərdə isə sutkada 12 000 nəfər sayta baxış keçirir. Sayta baxış keçirənlərin 40 faizi Avropa, Amerika, Ərəb ölkələri və digər ölkələrdən olan insanlar təşkil edir.766732
captcha