Dini Elmi Mərkəzin (Hövzənin) rəsmi sayıtnın direktoru Əhməd Əkbəri İQNA Qurana gentliyinə müsahibəsində deyib ki, bu ensiklopediyanı hazırlamaqdan məqsəd universitet və hövzənin araşdırmaçılarına apardıqları araşdırmalarda yardımçı olmaqdır.
Əkbəri əlavə edib ki, Şeytan, İblis, cin, İslam, şeytanşünaslıq, şeytan və insan, şeytanla mübarizə yolları, digər dinlərdə şeytan, şeytanpərəstlik, şeytanla bağlı Quran ayələri, kitablarda, dissertasiyalarda və mediyada şeytanpərəstlik kimi mövzular ensiklopediyada yer alıb.
O deyib ki, ensiklopediyada həmçinin şeytanın mahiyyəti və tərifi, iblisin mahiyyəti və tərifi, iblis və şeytanın fərqi, cin və şeytanın fərqi, şeytanın yaranma fəlsəfəsi, şeytanın ömrü, şeytanla bağlı şübhələr, Quranda şeytanşünaslıq, rəvayətlərdə şeytanşünaslııq kimi məsələlər haqda ətraflı məluamtlar verilir. 766684
Maraqlananlar aşağıda göstərilən ünvanda enisklopediya ilə tanış ola bilərlər
http://www.hawzah.net/Hawzah/Subjects/Subjects.aspx?LanguageID=1&id=82543