IQNA

Almaniyada siyasi partiyalar Qurana hörmətsizlik edən Amerikalı keşişin cəzalandırılmasını tələb edib

21:12 - April 06, 2011
Xəbər sayı: 2101829
Beynəlxalq şöbə: Almaniyanın “Yaşıllar”, “Solçular” və “Demokrat Kommunistlər” partiyaları Almaniya məhkəməsinə şikayət edərək Amerikanın Florida ştatında Qurana hörmətsizlik edən yalançı keşiş Teri Conzun cəzalandırılmasını tələb ediblər.
İQNA Quran agentliyinin “Əl-Cəzirə” qəzetinə istinadən məlumatına əsasən, Almaniya parlamentinin insane haqları komissiyasının sədri Tom Koig ötən gün keçirdiyi mətbuat
konfransında bildirib ki, “Yaşıllar”, “Solçular” və “Domokrat Kommunistlər” partiyaları, Avropa Parlamentinin üzvlərinin dəstəyi ilə Teri Conzun cəzalandırılmasını tələb ediblər.
O əlavə edib ki, Almaniya siyasi partiyaları Amerikalı yalançı keşişi İslam və Müsəlmanların müqəddəs kitabını yandırdığı və dünya xalqlarını müsəlmanların əleyhinə hərəkətləndirdiyi üçün həbs olunmasını tələb ediblər. “Teri Conz müsəlmanların müqəddəs kitabını yandırmaqla fitnəkarlıq edərək Xristianlarla Müsəlmanlar arasında yeni müharibə şəraiti yaratmaq istəyir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində müsəlmanlar ABŞ-ın Florida ştatında Quranın yandırılmasına etiraz əlaməti olaraq mitinqlər keçirir. Əfqanıstanda dörd gündən artıq davam edən mitinqlərdə onlarla isnan həlak olub. Mitinqlər ötən gün paytaxt Kabildə də keçirildi. Mitinq iştirakçıları ABŞ hökumətindən keşişin cəzalandırılmasını tələb ediblər.
769788
captcha