İQNA QuranAgentliyinin Suriya mətbuatına istinadən məlumatına əsasən, “İslam kişilərə müraciət etdiyi kimi onlara öhdəliklər təyin etdiyi kimi, qadınlara da müraciət edir və onlar üçün öhdəliklər təyin edir. Quran ayələri və Peyğəmbər (s) hədisləri bu məsələlərə aşkar nümunədir”, -deyə Əl-Əbrəş deyib.
Əl-Əbrəş əlavə edib ki, ümidvaram Dəməşqdə keçirilən ilk beynəlxalq konfransda İslam və Ərəb ölkələrinin daha da inkişaf etdirilməsi üçün qadın və kişi arasında həqiqi müştərəkliklərin prespektivləri araşdırılacaq və həyata keçiriləcək.
Konfransda çıxış edən İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyin baş katibi Mahmud Erol Kılıç deyib ki, ümid edirəm bu konfrasn gələcəkdə keçiriləcək belə konfranslar üçün müvəffəqiyyətli başlanğıc olacaq.
“İKT -ə üzv ölkələrin parlamentlərarası birliyinin təşəbbüsü ilə Dəməşqdə keçirilən bu konfrans birliyin qadınlara nə qədər önəm verdiyinin göstəricisidir. Bu gün qadınlar islami cəmiyyətlərdə əsas rol oynayırlar”, -deyə Kılıç deyib.
Qeyd edək ki, İKT –yə üzv ölkələrin parlamentlərarası birliyinin və İslam ölkələri parlamentlərinin qadın nümayəndələrinin iştirakı ilə ötən gün Dəməşqdə başlayan “İslamda qadın və kişi bərabərliyi” konfransı bu gün bağlandı.
Konfransda Suriya, İran, Livan, Fələstin, Əlcəzair, Somali, İordaniya, İraq, Türkiyə, Pakistan, Azərbaycan, Seneqal və Burkinafaso ölkələrinin parlamentlərindən qadın nümayəndələr iştirak ediblər. 769779