İQNA Quran agentliyinin məlumatına əsasən, mitinqdə Keşmir İslami Asambeleyası, Pakistan İslami Təbliğat və Təlimlər Mərkəzi, Pakistanın İmam Zaman (əc) elmi mədəni müəsssisəsinin nümayəndələri, Hindistan, Əfqanıstan, İndoneziya, Malayzia, Yaponiya, Çin və Afrika ölkələrindən tələbələr iştirak ediblər. Mitinq iştirakçılar ABŞ və Səuidiyyə Ərəbistanın Bəhreyndəki cinayətləri qarşısında beynəlxalq təşkilatların sükut etməsini pisləyiblər.
Tələbələr ABŞ və digər hegemon ölkələrin əleyhinə şüarlar səsləndiriblər. Əcnəbi tələbələr zillət bizdən uzaqdır, Amerikaya ölüm, İsrailə ölüm şüarları səsləndiriblər və Behreyn xalqının amansızcasına qətliamının qarşısında müsəlman ölkələrinin sükut etməməyə çağırıblar. Tələbələr beynəlxalq KİV-lərin xüsusi ilə Əl-Cəzirə kanalının bu cinayətlərin qarşısında sukut etməsini pisləyiblər. Əcnəbi tələbələr müsəlmanların Bəhreyn xalqına qarşı cinayətlərin qarşısında sükut etməsini onların bu cinayətlərə razılıq verməsi anlamına olduğunu xatırladaraq ,müsəlmanları Bəhreyndəki cinayətlərə etiraz etməyə çağırıblar. Mitinq iştirakçıları Bəhreyndəki şiə və sünniləri birləşməyə çağırıb və elan ediblər ki, şiə və sünni qardaşdır və heç bir qardaş öz qardaşını öldürməz. 770609