Beynəlxalq şöbə: İraqın cənubunda yerləşən Misan əyalətinin şura üzvi Meysəm Ləftə Əlfərtusi bildirib ki, əyalət vətəndaşları ABŞ-ın Florida ştatında yalançı keşiş Teri Conzun Qurana hörmətsizlik və əxlaqsızlığına etiraz əlaməti olaraq geniş şəkildə mitinq keçirib.
İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, Əlfərtusi deyib ki, Qurana hörmətsizlik edən Amerikalı keşiş Teri Conzun bu hərəkəti terror deməkdir və Quranın yandırılması qarşısında sükut edən şəxslər həqiqətdə öz izzət və kəramətlərinin tapdalanması qarşısında sükut edirlə.
Əlfərtusi İslam ölkələrinin mədəniyyət işçiləri, siyasətçiləri və ziyalılarının Amerikada Qurana hörmətsizliyin qarşısında sükut etmələrini tənqid edib və deyib ki, müsəlmanlar Quranın yandırılmasına birləşərək və vahid mövqedən çıxış edərək etiraz etməlidirlər.
Əlfərtusi Quranı müdafiə məqsədi ilə beynəlxalq qəzəb gününün təyin olunmasını təklif edib. 770866