Beynəlxalq şöbə: Ərəb ölkələrində baş vermiş İslami oyanış dalğası, Özbəkistan rəsmilərini qorxuya salıb, belə ki, hökumət Ərəb ölkələrində təhsil almış və ölkədə dini məktəblərdə, məscidlərdə, dini qurumlarda çalışan dindarları işdən çıxarır.
İQNA Quran agentliyinin məlumatına əsasən, Həkət jurnalı “www.ca-news.org“ saytına istinadən məlumaıt verir ki, Daşkənd İslami Müəssisəsinin sədr müavini Seyyid Camaləddin Məhəmməd Seyidov, Curəbəy məscidinin imam camaatı Nəcməddin Həsənov, Yalanğac məscidinin imam camaatı Cabbarəli Nurmətov Səduiyyə Ərəbistanda dini təhsil aldıqları üçün tutduqları vəzifədən uzaqlaşdırılıblar.
Məlumata əsasən, Özbəkistan hökuməti bu işi davam etdirir. Hökumətin bu addımı hazırda dini qurumlarda çalışan və Misir, Liviya və Səudiyyə Ərəbistanda təhsil almış işçilərin nigarançılığına səbəb olub.
Hərəkət jurnalının məlumatına əsasən, dini qurumlardan işçilərin işdən uzaqlaşdırılması rəsmi Daşkəndin təhlükəsizliyin təmini məqsədi ilə atdığı addımdır və Ərəb ölkələrində baş qaldıran hərəkatlarla bağlıdır. 770731