IQNA

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarsı Dialoq Forumu işini başa çatdırdı

18:55 - April 10, 2011
Xəbər sayı: 2103532
Mədəniyyət və incəsənət şöbəsi: Bakının “Gülüstan” sarayında təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu aprelin 9-da öz işini başa çatdırdı.
İQNA Quran agentliyinin Azərbaycan şöbəsinin məlumatına əsasən, üç günlük forumda 20 ölkədən çox 450-dən çox nümayəndələr iştirak edib.
forumda 20 ölkədən 400-dən artıq qonaq iştirak edir.
Forumda hər bir sessiya üzrə xüsusi müzakirələr aparılıb və daha sonra sənədlər qəbul olunub. Ötən günkü forumda mədəniyyət, incəsənət və KİV-lərin rolu mövzusu müzakirə olunub.
Forum çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoq aparmaq üçün qarşılıqlı anlaşma şəraitinin yaradılması və yanlış fikirlərin düzəlməsi üçün mədəni işlərin həyata keçirilməsi yolları müzakirə olunub.
Təkid olunub ki, ifratçı quruplaşmalar müsəlman deyillər, ona görə ki, İslam onları etdikləri hərəkətləri təsdiqləmir və İslam dini insani dəyərlərə hörmətlə yanaşır. Forum iştirakçıları mədəniyyətlərarası dialoq və dinlərarası dialoqu gücləndirmək məqsədi ilə məktəblərdə yeniyetmələr və gənclər üçün bu sahədə maarifləndirmə aparılmasının zəruriliyini vurğuladılar.
Forumda Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, UNESCO və BMT rəsmiləri də iştirak edirdilər.771768
captcha