İQNA QUran agentliyinin “Əl-Qəbs” qəzetinə istinadən məlumat verir ki, bu tip mobil aparatların istifadəçiləri hazırlanmış proqram vasitəsi ilə Əl-Əfasinin səsi ilə Quran ayələrini dinləyə biləcəklər. Eləcədə proqram vasitəsi ilə Peyğəmbərin (s) hədislərini və bəzi dualarını dinləmək mümkün olacaq.
Kuveytin VİVA rabitə şirktəinin direktoru deyib ki, Şeyx Əl-Əfasi Ərəb dünyasında tanınmış qarilərdəndir və ürək oxşayan səsi var. Ona görə çalışmışıq ki, xüsusi proqram hazırlamaqla qarinin Quran tilavətini təmin edək və öz istifadəçilərimizin razılığını əldə edək. Kuveyt mobil aparatlarını istifadə edən şəxlsər “dal” hərfini 50888 nömrəsinə sms etməklə proqramı əldə edə bilərlər. 776240