İQNA Quran agentliyinin “Zawya” saytına istinadən məlumatına əsasən, İslam İnkişaf Bankının rəhbəri Əhməd Məhəmməd Əli əlavə edib ki, ölkələr arsında əmtəə dövriyyəsinin gələcəkdə 30 faizə qədər artırılması istiqamətində işlər gedir və bunun üçün geniş potensial movcuddur.
Qeyd edək ki, İKT baş katibi İkmaləddin İhsan oğlu demişdi ki, İKT –yə üzv ölkələrin ticari fəaliyyətləri dünya ticarətinin 10 faizini təşkil edir və İKT-yə üzv ölkələr arasında ticari dövriyyənin dəyəri 2009-cu ilin statistikasına görə 2.56 trilyon dollar təşkil edib.
Məhəmməd Əli həmçinin aprelin 24-29-da Birləşmiş Ərəb Əmirliyində İKT-nin XII sərgisinin keçiriləcəyini deyib. 777357