Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın İslami İşlər Naziri Saleh Al-ul-Şeyx bildirib ki, qərara alınıb ki, nazirliyin nəzdində İslam Peyğəmbərinin (s) hədislərinin araşdırılması mərkəzi təsis olunsun.
İQNA Quran agentliyinin “Arab News” qəzetinə istinadən məlumatına əsasən, Al-ul-Şeyx deyib ki, mərkəzin təsis layihəsi Ciddə şəhərində icra olunacaq. Hazırda ekspertlər həmin mərkəzin təsis olunması istiqamətində işlər görür və Məlik Fəhəd Quran Nəşriyyat Mərkəzi kimi bir yer Ciddə şəhərində təsis olunacaq.
O deyib ki, İslam Peyğəmbərin (s) hədis araşdırmaları mərkəzinin zəruriliyi ondan irəli gəlir ki, Qurandan sonra İslam Peyğəmbərinin (s) hədisələri ən yaxşıə mənbə hesab olunur. İslamda Quran və hədisin bir-biri ilə çox sıx əlaqələri var və onların vasitəsi ilə İslami göstərişləri dərk etmək mümkün olur. 783566