IQNA

Səudiyyə Ərəbistan şiələri Bəhreyn xalqı ilə həmrəylik mitinqi təşkil ediblər

22:31 - April 30, 2011
Xəbər sayı: 2114745
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistan şiələri Bəhreynin məzlum xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə ötən gün Əl-Şərqiyyə regionunda mitinq təşkil ediblər. Mitinqdə minlərlə şiə iştirak edib.
İQNA Quran agentliyinin “Rasid” saytına istinadən məlumatına əsasən, Səudiyyə Ərəbistanın Əl-Əvamiyyə şəhərinin şiə vətəndaşlarının qatıldığı mitinqdə minlərlə şiə Səud rejiminə qarşı şüarlar səsləndirib və Ali Səud rejimindən tez bir zamanda Bəhreyndəki cinayətlərinə son verməyə çağırıblar.
Mitinq iştirakçılardan biri deyib ki, ötən günkü mitinqdə etirazçılar Ali Səud rejiminin qüvvələrinin Bəhreyndən çıxarılmasını tələb ediblər. Mitinq iştirakçıları həmçinin Səudiyyə hökumətindən həbs etdiyi şiə fəallarını azadlığa buraxmağı tələb ediblər.
Qeyd edək ki, Əl-Şərqiyyə regionunda yaşayan şiə lər ötən iki ay ərzində Ali Səud rejiminə qarşı dəfələrlə etiraz mitinqi təşkil ediblər.783396
captcha